Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Lənkəranda keçiriləcək

"Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.