Şəmkirdə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Fariz Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Fariz Cəlilov Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində qonşusu Əntiqə Məmmədovanı şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqla və bərk-küt əşya ilə bədən xəsarətləri yetirməklə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
