Türkiyənin Sakarya şəhərində fabrikdə 47 nəfər kimyəvi maddədən zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, işçilər öskürək və tənəffüs çətinliyi diaqnozu ilə xəstəxanaya müraciət edib.
Onlardan 5-i ilkin tibbi yardımdan sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Zəhərlənmənin baş verdiyi fabrikə polis və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) baxış keçirib. İlkin araşdırma zamanı işçilərin təmizləyici məhlulların qarışığından yayılan qazdan zəhərləndiyi müəyyən edilib.
Şəbnəm Mehdizadə
