Məzmuna keç

Zəncirvari qəzada 12 nəfər xəsarət aldı

Türkiyənin Konya şəhərində ağır yol qəzası olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idarəetmədən çıxan yük maşını iki minik avtomobili və mikroavtobusla toqquşub, daha sonra digər yük maşınına çırpılaraq dayanıb.

Hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Yük maşınının sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə