Hindistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 28-ə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalında bir çox bölgədə güclü yağış və külək təsirini davam etdirir.
Himaçal Pradeşdə aparılan axtarış-xilasetmə işləri zamanı indiyə qədər 27 nəfərin xilas edildiyi bildirilib.
Rəsmilər vətəndaşlara 24 saat evdə qalmaları barədə xəbərdarlıq edib.
Əlverişsiz hava şəraiti nəqliyyata təsir göstərdiyi üçün məktəblər bağlanıb.
Şəbnəm Mehdizadə
