Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) məlumat yayıb.
Bildirilib ki, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
İyunun 25-dən etibarən ölkədə təsirli olan musson yağışları nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 80-ə, yaralıların sayı isə 142-yə çatıb.
Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub.Təbii fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.
Şəbnəm Mehdizadə
