Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasının yekunlarına əsasən, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı Xüsusi Bəyannamə qəbul edilib.
Qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”.
