Məzmuna keç

Pakistanda qəbilələr arasında qarşıdurmada 9 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Pakistanın Xayber Paxtunxva əyalətində 2 qəbilə arasında silahlı qarşıdurma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb.

Məlumata görə, Kurram bölgəsində Bohşera və Dandar qəbilələri arasında torpaq mübahisəsi zəminində baş verən silahlı münaqişədə 9 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.

Rəsmilər vəziyyətin nəzarətə götürülməsi üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Şəbnəm Mehdizadə