Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
İlkin araşdırma zamanı mikroavtobus sürücüsünün sərxoş vəziyyətdə olduğu, minik avtomobilinin sürücüsünün isə sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Şəbnəm Mehdizadə
