Məzmuna keç

İstanbuldan Vyetnama uçan təyyarə Bakıda məcburi eniş edib

Türk Hava Yollarına məxsus təyyarə Bakıda məcburi eniş edib.

E-huquq.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, İstanbul-Ho Şi Min (Vyetnam) reysini həyata keçirən təyyaradə sərnişinlərdən birinin səhhətində qəfil problem yaranıb. Bu səbəbdən təyyarə Heydər Əliyev Hava Limanına məcburi eniş edib. Sərnişin təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.

Daha sonra THY-nin təyyarəsi yenidən havaya qalxıb.

Şəbnəm Mehdizadə