Türkiyənin Van şəhərində hərbçiləri daşıyan avtobus minik avtomobili ilə toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada 1 nəfər həlak olub, 12 əsgər yaralanıb
Yaralılar xəstəxanaya aparılıb.
Gürpınar Bələdiyyə Başçısı Hayrullah Tanış da hadisə yerinə gedərək qəza barədə məlumat alıb.
Ərazidə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Şəbnəm Mehdizadə
