Nepalda helikopter qəzası baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində helikopterin göyərtəsində olan 6 nəfərdən 5-i həyatını itirib. Digər bir nəfərin axtarışları isə davam etdirilir.
Everest dağından paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterin qalıqları Lamajura bölgəsində tapılıb.
Helikopetrdə olan şəxslərin meksikalı turistlər olduğu qeyd edilib.
Şəbnəm Mehdizadə
