Məzmuna keç

Paşinyan Blinkenlə Azərbaycanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, bu barədə Paşinyan rəsmi "Twitter" hesabından məlumat verib.

Paşinyan Blinkenlə telefon danışığı barədə yazıb:

"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik".