Məzmuna keç

Türkiyə ordusunun hərbçisi şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Pəncə- Kilid” əməliyyatı bölgəsində silahdan açılan atəş nəticəsində yaralanan əsgər Erdem Kavlak müalicə aldığı xəstəxanada vəfat edib.

“Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza başsağlığı verir və səbr diləyirik", – deyə qeyd olunub.

Şəbnəm Mehdizadə