Türkiyənin Muğla şəhərinin Milas rayonunda meşəlik ərazidə yanğın başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə Muğla Meşə Ərazi İdarəsinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər havadan və qurudan davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
