Sudan silahlı qüvvələri və Çevik Reaksiya Qüvvələri arasında yaşanan qarşıdurmalara görə 3 milyondan çox insan evindən didərgin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Bildirilib ki, münaqişə səbəbindən 2 milyon 414 min insan ölkə daxilində fərqli bölgəyə qaçıb, 737 min nəfər isə qonşu ölkələrə sığınıb.
Keçən həftədən bəri köçkünlərin sayı 180 min nəfər artıb.
Şəbnəm Mehdizadə
