Kolumbiyanın Narino, Putumayo və Şimali Santander bölgələrində narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlarda 5 tondan çox kokain müsadirə edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iki laboratoriya və qeyri-qanuni istifadə edilən anbarların fəaliyyəti dayandırılıb.
Bildirilib ki, əməliyyatlar hava və quru qoşunları ilə birgə həyata keçirilib.
Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından əməliyyat keçirən qurumları təbrik edib.
Şəbnəm Mehdizadə
