Məzmuna keç

Daha bir ölkədə koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırıldı

Kamerunda 2020-ci ilin mart ayından etibarən COVID-19-la bağlı tətbiq olunan bütün məhdudiyyətlər ləğv olunub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlik epidemiya ilə bağlı vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb. Xaricə səfər edəcək şəxslərə getdikləri ölkənin COVID-19-la bağlı qaydalarına diqqət etmələri tövsiyə olunub.

Qeyd edək ki, Kamerunda 2020-ci ilin mart ayından etibarən ölkəyə giriş zamanı COVID-19 pasportu tələb olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 1970 nəfər pandemiya səbəbindən dünyasını dəyişib. Təxminən 26 milyon əhalisi olan Kamerunda 1 milyon 751 min 774 doza COVID-19 peyvəndi vurulub.

Şəbnəm Mehdizadə