Məzmuna keç

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şarl Mişel iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşiyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşə qatılacaq.