Məzmuna keç

Azərbaycan Prezidentinin Şarl Mişel və Paşinyanla görüşü keçirildi –

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, danışıqlarda Qərbi Azərbaycan icmasının qayıdış məsələsi də müzakirə edilib.

Görüş 3 saata yaxın davam edib.

Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata bəyanatı olacaq.

***

15.08

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.