Məzmuna keç

Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatdı

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb.

E-huquq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.