Məzmuna keç

Evdən 10 min manatlıq oğurluq edənlər hakim qarşısına çıxarılır

Masallıda evdən oğurluq etməkdə təqsirləndirilən Mircəlal Ağayev və Murad Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Hakim Habil Bəhmənovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyaları və min manat dəyərində məişət əşyaları oğurlayıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə