Məzmuna keç

“Azəralüminium” məhkəməyə verildi

"Azəralüminium" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Aqronaft" MMC şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə iddia qaldırıb.

İddia Bakı Kommersiya məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə