"Şelfneftqazavtomatika" ASC məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyalari və Rabitə İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı tapşırıq müqaviləsi ilə bağlı iddia qaldırıb.
İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
