Məzmuna keç

Azərbaycan XİN İsveçdə Quranın yandırılmasını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.

“Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, – paylaşımda deyilir.