Məzmuna keç

Kommersiya məhkəmələrində əqli mülkiyyət üzrə ixtisaslaşmış bölmələrin yaradılması təklif edilib

Hakimlərdə xüsusi biliklərin olması Əqli Mülkiyyət sahəsində hüquq və fakt məsələlərinin sıx əlaqədə olması təbiətindən irəli gəlir

"Hakimlərdə xüsusi biliklərin olması Əqli Mülkiyyət sahəsində hüquq və fakt məsələlərinin sıx əlaqədə olması təbiətindən irəli gəlir".

E-huquq.az-ın məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, hazırda yaradılan kommersiya məhkəmələrində əqli mülkiyyət üzrə ixtisaslaşmış bölmələrin yaradılması mühüm və aktual məsələdir: "Bununla bağlı təkliflərimiz müvafiq instansiyaya təqdim edilib. Lakin hazırda bu cür məhkəmələrin olmadığı bir şəraitdə məhkəmə iclaslarında mütəxəssislərin iştirakına, ekspertizaların təyin edilməsinə və sorğuların göndərilməsinə xüsusi diqqət yetirilməlidir".