Məzmuna keç

1 yaşlı oğlunun ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Yevlaxda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mübariz Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1992-ci təvəllüdlü Mübariz Bəkirov idarə etdiyi "VAZ 2107" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan, oğlu – 2022-ci il təvəllüdlü Abdul Bəkirov hadisə yerində ölüb. M.Bəkirova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə