"Gəncə Poliqrafiya" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti şirkətə qarşı icarə müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Gəncə Kommersiya Məhkəməsində hakim Gülnaz Quliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
