Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əhliman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda, Əhməd bəy Ağaoğlu ilə Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Şahbazov Orxan Şöhrət oğlu idarəetməsində olan “Toyota” markalı maşınla kəsişmədən keçərkən 1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğluna məxsus “Mercedes” markalı maşına çırpılıb. Zərbənin təsirindən hər iki sürücü, o cümlədən avtomobillərdə olan sərnişinlər bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə Yerləşdirilib. Ə.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
