"Elə vacib sahələr var ki, hər bir dövlətin həm inkişafında, həm tənəzzülündə kifayət qədər xüsusi yer tutur. Həmin sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir".
E-huquq.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School – 2023” beynəlxalq yay məktəbinin açılış mərasimində deyib.
O bildirib ki, hazırda kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət göstərilir.
"Hazırda Azərbaycan üçün kibertəhlükəsizliyin təminatı xüsusi əhəmiyyət kəsb edir. Aidiyyəti qurumlar bu sahəyə xüsusi diqqət yetirir və bu sahə getdikcə inkişaf etməkdədir. Hesab edirəm ki, bu gün keçirilən tədbir də kibertəhlükəsizlik sahəsinin inkişafına töhfə verəcək. Ümid edirəm ki, buradakı iştirakçılar gələcəkdə bu sahədə nailiyyətlər əldə etmiş mütəxəssislər kimi yetişəcəklər", – deyə A.İsmayılov qeyd edib.
Şəbnəm Mehdizadə
