"Bu gün kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq vacibdir. Bunun üçün isə kadrlar yetişdirilməlidir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School – 2023” beynəlxalq yay məktəbinin açılış mərasimində deyib.
O bildirib ki, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında universitetlərin rolu ön plana çıxıb: "Kibertəhlükəsizlik sahəsində universitetlərlə xüsusi əlaqələr qurulur. Bu, bizi çox ruhlandırır. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası bu sahədə kifayət qədər ciddi addımlar atıb. Kadr potensialının artırılmasında bu yay məktəbi də mühüm rol oynayacaq. Burada gənclərin iştirakı çox önəmlidir. Həmçinin belə bir tədbirdə dost və qardaş ölkələrdən olan gənclərin iştirakı da bizim üçün mühüm əhəmiyət kəsb edir".
Şəbnəm Mehdizadə
