Məzmuna keç

Naxçıvanda ata-anasını bıçaqlamaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Naxçıvanda ata və anasını bıçaqlamaqda təqsirləndirilən Yəhya Mirzəmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasınının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 29 yaşlı Yəhya Mirzəmmədov 1962-ci il təvəllüdlü atası Ə.Mirzəmmədov və 1976-cı il təvəllüdlü anası R.Mirzəmmədovaya bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə