Bərdə Kommunal Müəssisələr Kombinatına cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, kombinat barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə avqustun 2-də Bərdə Rayon Məhkəməsində hakim Fuad Babaşovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İXM-nin 347-ci maddəsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə
