Məzmuna keç

“Azərişıq” məhkəməyə verildi

"Azərişıq" ASC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "İsmayıllı-Avtonəqliyyat" ASC Şəki Kommersiya Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb.

İşə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə