"Səngəçal" Elektrik Stansiyası MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, satnasiya barədə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. İş hakim Teymur Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, “Səngəçal” Elektrik Stansiyası on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
