Məzmuna keç

Dənizkənarı Bulvar İdarəsi 46 min manatlıq sifariş verdi

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsinin panorama attraksionu üçün ehtiyat hissələrinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Kibrit.Tech" MMC olub.

Məlumata görə, qalib şirkətə 46.149,27 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə