Məzmuna keç

Ceyhun Bayramov: “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir”

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.

O qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə təxminən iki ay əvvəl görüşüblər və o vaxtdan indiyədək müxtəlif səviyyələrdə çoxlu sayda görüşlər, təmaslar olub.

“Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”, – C.Bayramov bildirib.