Məzmuna keç

Zakir Həsənov Türkiyənin texnologiya naziri ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.