Məzmuna keç

Qax sakini bıçaqlandı

Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.