Məzmuna keç

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 7 min manatlıq mal alır

“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" Publik Hüquqi Şəxsinin təsərrüfat və təmizlik mallarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Aspiration Group" MMC olub.

Məlumata görə, qalib şirkətə 6,744 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə