Məzmuna keç

“Siyəzən Broyler”ə cərimə yazıldı

"Siyəzən Broyler" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəylər Ələkbərovun icraatına verilib.

Protokol təsdiq olunarsa, "Siyəzən Broyler" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə