Məzmuna keç

Bakıda oğurluqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatdı

Bakıda bir ay ərzində 9 velosiped oğurlamaqda təqsirləndirilən Babək Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə 1 ay ərzində metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosiped oğurlayıb və pul müqabilində müxtəlif şəxslərə satıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə