Məzmuna keç

“ATEF Şirkətlər Qrupu” gömrük qaydalarını pozmaqda günahlandırılır

"ATEF Şirkətlər Qrupu"na cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İXM-nin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə