Məzmuna keç

Qanunvericiliyin tələbini pozan şirkətə cərimə yazıldı

“Turkoglu Group” MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə