Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Dəyanət Rəhimov və Məksud Ağaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
Şəbənm Mehdizadə
