"Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümumdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun fikrincə, bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır: "Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhəddinə bizim TIR-lar düzülüş etməlidir. "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq".
Şəbnəm Mehdizadə
