“Turan Transport Nəqliyyat Ekspedesiyası Kompaniyası" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Turan Transport Nəqliyyat Ekspedesiyası Kompaniyası" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
