Məzmuna keç

Tibb mərkəzinə cərimə yazıldı

"Labstyle" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Qəbələ Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Labstyle" üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə