Məzmuna keç

Məhkəmə narkotikə görə tutulan şəxsə bəraət verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kazakov Aleksandr Aleksandroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Kazakovun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması əsası ilə bəraət verilib.

Qeyd edək ki, A.Kazakov Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroinin külli miqdarda əldə etmə, saxlama və daşıma) törətməkdə təqsirləndirilirdi.

Şəbnəm Mehdizadə