Məzmuna keç

Narkokuryerlik edən dəstə üzvlərinin məhkəməsi başlayır

Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Serqey Yudin və Elmar Siracovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 30-a təyin olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracovun üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə